"Bu məsələ ilə bağlı Azərbaycanla əlaqə saxlayırıq" - Zaxarova
“Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq”.
Yenicag.az xəbər verir ki, bunu iyulun 9-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat yaranmış vəziyyətdən sonra Rusiya Federasiyasının Azərbaycanla münasibətlərin bərpası perspektivlərini necə qiymətləndirdiyi ilə bağlı sualı belə cavablandırıb: “Biz əminik ki, bütün ortaya çıxan məsələlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir.
Məhz bu yanaşma faktiki olaraq ölkələrimizin xalqlarının köklü maraqlarına xidmət edir”./unikal