Bu müəllimlərin maaşı artacaq

media-hightechnic-468x90

“Bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.

V.Yaqublu bildirib ki, müəllimin savadlı olması təhsilin keyfiyyətini müəyyən edir:

“Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət gəstərəcək. Məktəblərimizin demək olar ki, çoxunda sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir.

Şagirdə dərs deyən müəllimin bilikli olması əsas məsələdir. Əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu da təhsildə sağlam rəqabət mühiti yaradır”./Qafqazinfo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600