Bu ölkə genişmiqyaslı hərbi təlimlərə BAŞLADI

media-hightechnic-468x90

 

Mayın 5-də Estoniyada ilin ən iri beynəlxalq hərbi təlimləri – “Siil 2025” (Porsuq 2025) başlayıb. Təlimlərə Estoniya və NATO müttəfiqlərindən 16 mindən çox hərbçi cəlb olunub.

Yenicag.az Estoniya İctimai Yayım Agentliyinə (ERR) istinadən xəbər verir ki, manevrlərin əsas məqsədi müdafiə əməliyyatlarının sınaqdan keçirilməsi və müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Bildirilib ki, “Siil 2025”, eyni zamanda, NATO-nun daha genişmiqyaslı “Steadfast Deterrence 25” və “Griffin Lightning 25” təlimlərinin tərkib hissəsidir. Manevrlər Estoniyanın bütün ərazisində həyata keçirilir. Əsas təlim döyüşləri şimal-şərq və cənub-şərq bölgələrində, eləcə də Müdafiə Qüvvələrinin Mərkəzi təlim poliqonu və Nursipalu poliqonunda keçiriləcək.

Təlimlərdə Estoniya Müdafiə Qüvvələrinin, ölkənin könüllü müdafiə təşkilatı “Kaitseliit”in bölmələri, eləcə də Böyük Britaniya, ABŞ, Fransa, Almaniya da daxil olmaqla, 11 NATO ölkəsinin hərbçiləri iştirak edir. Bundan əlavə, təlimləri izləmək üçün Yaponiyadan, İsraildən və Ukraynadan müşahidəçilər Estoniyaya gəlib.

Bu il ilk dəfə olaraq təlimlər çərçivəsində ölkədə erkən xəbərdarlıq sisteminin işləkliyi də sınaqdan keçiriləcək. Belə ki, 20-dən çox şəhərdə hava həyəcanı siqnalları səsləndiriləcək və bu tədbirlər Estoniya əhalisinin təxminən 65 faizini əhatə edəcək.

Qeyd edək ki, gələn həftə Finlandiya, İsveç və Böyük Britaniyanın iştirakı ilə “Northern Strike 125” və “Northern Star 25” adlı birgə döyüş atışlı təlimlərə start veriləcək. Bundan əvvəl isə Litvada NATO müttəfiqlərinin iştirakı ilə genişmiqyaslı təlimlərin may ayında keçiriləcəyi açıqlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600