Bu ölkə iflas olmaqdan xilas oldu

media-hightechnic-468x90

Şri-Lanka dövlət borcunun restrukturizasiyası prosesini tamamlamaqla iflasdan çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Şri-Lankanın keçmiş xarici işlər naziri Əli Sabri bildirib.

“Bu gün Şri-Lanka rəsmi olaraq borcun restrukturizasiya prosesini tamamlayıb və ölkənin iflasdan çıxdığını qeyd edib, bu, 2022-ci ilin aprelində harada olduğumuzu nəzərə alsaq, inanılmaz bir nailiyyətdir. Restrukturizasiya prosesinin başa çatdırılması borcun məqbul səviyyəsinə nail olmaq üçün perspektivlər açır. Hesablamalara görə, bu, ölkəyə təxminən 17 milyard dollar qənaət edəcək və maliyyə vəziyyətini xeyli yüngülləşdirəcək”, – Sabri bəyan edib.

Qeyd edək ki, 2022-ci ilin mart ayına qədər ümumi borc yükü 21,6 trilyon Şri Lanka rupisinə (58 milyard dollardan çox) çatıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa