Bu ölkədə məhbuslara pişik saxlamağa icazə verilə bilər

media-hightechnic-468x90

Rusiyada məhkumların daha mehriban ola bilməsi üçün həbsxanalarda pişik saxlanılmasına icazə verilə bilər.

Yenicag.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Georgi Arapov belə bir təkliflə çıxış edib.

Bildirilir ki, Yekaterinburq və Omsk islah koloniyalarında məhbusların administrasiyanın icazəsi ilə artıq ev heyvanları var. Ancaq bu, hələlik sadəcə bir sınaqdır.

Arapov hesab edir ki, pişiklər məhbusların psixoloji vəziyyətinə müsbət təsir edir, aqressiya səviyyəsini azaldır. Və heyvanlar empatiya, xeyirxahlıq və digər müsbət keyfiyyətləri inkişaf etdirməyə kömək edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600