Bu ölkədə qadınlar hərbi xidmətə ÇAĞIRILA BİLƏR

media-hightechnic-468x90

 

Latviyanın Milli Silahlı Qüvvələrinin komandanı Kaspars Pudans qadınların Dövlət Müdafiə Xidmətinə (DMX) məcburi şəkildə çağırılması məsələsinin yenidən gündəmə gətirilə biləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Komandan qeyd edib ki, hazırda Dövlət Müdafiə Xidməti planlaşdırılmış hədəflərə doğru irəliləyir və məqsəd hər il 4 min hərbçini hazırlamaqdır.

Pudansın sözlərinə görə, bu sayın təmin olunması üçün bəzi ixtisaslar üzrə sağlamlıq tələblərinin yumşaldılması istisna edilmir:

“Bəlkə də hansısa mərhələdə gender məsələsinə – qadınların məcburi çağırışda iştirakına qayıtmalı olacağıq”, – deyə o vurğulayıb.

Qanunvericiliyə əsasən, Latviyada 18 yaşına çatan kişi vətəndaşlar bir il ərzində hərbi xidmət keçməlidirlər. Əgər təhsillərini davam etdirirlərsə, məktəbi bitirdikdən sonrakı bir il ərzində, lakin ən gec 24 yaşa qədər hərbi xidmət keçməlidirlər. Bununla yanaşı, 18–27 yaşlı kişilər və qadınlar DMX-də könüllü olaraq xidmət edə bilirlər.

Qeyd edək ki, ötən ilin noyabrında Latviya müdafiə naziri Andris Spruds qadınların Dövlət Müdafiə Xidmətinə ilk çağırışının 2028-ci ildə başlaya biləcəyini bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600