Salvadorda sel daşqınları və torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, həftə sonundan etibarən Mərkəzi Amerika ölkəsi el Salvadoru vuran leysan yağışlar daşqına və torpaq sürüşməsinə səbəb olub.
Yerli hakimiyyət orqanlarının məlumatında deyilir ki, daşqınlar nəticəsində 11 nəfər ölüb, 900 nəfər evakuasiya mərkəzlərinə yerləşdirilib. Ölkənin mülki müdafiə qərargahının rəhbəri Luis Amaya dekommunizasiya olunanlar arasında uşaqların olduğunu və ölüm səbəblərinin ağacların aşması, torpaq sürüşmələri və müxtəlif qəzalardan qaynaqlandığını söyləyib.
İctimaiyyəti evakuasiya əmrlərinə əməl etməyə çağıran Amaya sürüşməyə meylli ərazilərdə yaşayanların təhlükəsiz ərazilərə getməli olduqlarını söyləyib. Amaya qeyd edib ki, ən azı 26 evə ziyan dəyib və 90-dan çox yol bağlanıb. Salvadorla qonşu Hondurasda da baş verən leysan yağışları səbəbindən 5 mindən çox insan zərər çəkib.
İsmayıl Bakuvi
www.yenicag.az