Belarusda uşaq sahibi olmaqdan könüllü imtinaya görə məsuliyyət tətbiq ediləcək.
Yenicag.az xəbər verir ki, Belarus mediası məlumat yayıb. Övlad sahibi olmaq istəməyənlər məsuliyyətə cəlb olunacaq.
Baş Prokurorluq artıq qanun layihəsi hazırlayıb. Ölkədə qeyri-ənənəvi münasibətlərə, pedofiliyaya, uşaq sahibi olmaqdan könüllü imtinaya görə inzibati məsuliyyət müəyyən ediləcək.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bir qədər əvvəl deyib ki, ölkədə “Qərbin uşaqsız modası”, uşaqsız evli cütlük ideyalarının hər hansı populyarlaşması dayandırılmalıdır.
Xuraman Etibarlı
www.yenicag.az