Bu ölkədə uşaqlara vaksin vurulmayacaq

media-hightechnic-468x90

Britaniya hökuməti uşaqların və yeniyetmələrin koronavirusa qarşı kütləvi vaksinasiyasının əleyhinə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb. İmtinaya səbəb Vaksinasiya və İmmunizasiya üzrə Birləşmiş Komitənin hökumətə ünvanladığı tövsiyyə olub. Sənəddə mövcud risklər barədə kifayət qədər məlumat təqdim olunanadək azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb.

Qeyd edək ki, iyulun 19-dan etibarən İngiltərədə bütün antikovid məhdudiyyətləri aradan qaldırılacaq. Maska və sosial məsafə tələbi isə artıq məcburi olmayacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600