Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Sakit okeandakı ada ölkələrinin dənizlərdəki suyun səviyyəsinin yüksəlməsinin gətirdiyi təhlükələrlə üzləşdiyinə diqqət çəkib.
Yenicag.az xəbər verir ki, Quterreş Tonqa Krallığında keçirilən 53-cü Sakit Okean Adaları Forumunda okean və dəniz suyunun səviyyəsinin artmasının təsirləri haqqında məlumat verib. İqlim dəyişikliyi ilə əlaqədar okeanlarda suyun səviyyəsinin qalxmasının Sakit okean ada ölkələri üçün ciddi təhlükə yaratdığını bildirən Quterreş, qalıq yanacaqlardan istifadə edərək ətraf mühitə atılan karbon emissiyalarının su səviyyəsinin artımını sürətləndirdiyini qeyd edib.
BMT-nin hazırladığı hesabatda Tonqanın paytaxtı Nuku’alofada dəniz səviyyəsinin 1990-2020-ci illər arasında 21 santimetr yüksələrək dünya ortalamasının təxminən iki dəfə artdığı bildirilib. Hesabatda, həmçinin Samoanın Apia bölgəsində dəniz səviyyəsinin 31 santimetr, Ficinin Suva-B bölgəsində isə 29 santimetr yüksəldiyi qeyd olunub.
Bölgədəki insanların təxminən 90 faizinin su səviyyəsinin yüksəldiyi okeanların 5 kilometrliyində yaşadığına diqqət çəkən Quterreş, “Bu vəziyyət Sakit okeandakı ada ölkələrini ciddi təhlükə qarşısında qoyur”,- deyib.
Quterreş vurğulayıb ki, böyük şirkətlər və inkişaf etmiş ölkələr iqlimlə bağlı razılaşmaları yerinə yetirməli və iqlim dəyişikliyindən təsirlənən ölkələr üçün maliyyəni xeyli artırmalıdır./unikal
www.yenicag.az