!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələr müharibəyə cəlb edilə bilər – Rusiyanın nüvə silahından istifadə EHTİMALI

!Reklam – Yazi

“Nüvə silahından istifadə hazırda mümkün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynanın Rusiyanın Kursk bölgəsini ələ keçirməsinin müharibənin miqyasının genişlənməsinə təsirindən və nüvə silahından istifadə ehtimalından danışan politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müharibənin miqyasının genişlənməsi ehtimalı günü-gündən daha da artır.
“Gələcəkdə Belarus, Polşa və Litvanın müharibəyə müəyyən qədər qarışması gözləniləndir. Belarus Rusiya, Polşa isə Ukrayna tərəfindən aktiv şəkildə proseslərə cəlb olunmaq üzrədir.
Artıq Polşada hazırlıq prosesi gedir. NATO-nun qoşunları və hərbi texnikaları burada cəmləşdirilir. Belarus isə hadisələrin ən qızğın vaxtında nüvə silahını öz ərazisində yerləşdirib. Bir sözlə, Rusiya ilə müttəfiq olan Belarus hər hansı hadisənin baş verəcəyi təqdirdə açıq döyüşə girə bilər. Nəticə etibarilə münaqişənin miqyasının genişlənməsi ehtimalı yüksəkdir”, – deyə o qeyd edib.
A.Quliyev əlavə edib ki, atəşkəsin əldə olunması ilə bağlı hazırda heç bir əlamət yoxdur.
“Əlavə olaraq, Qərb F-16 qırıcı və yaxınmənzilli raketlərdən istifadəyə artıq icazə verilib. Belə olan halda, eskalasiyanın nəinki aşağı düşməsi, hətta sadalanan ölkələrin prosesə cəlb olunması təhlükəsi daha yüksəkdir.
Nüvə silahından istifadə isə hazırda mümkün deyil. Rusiya bəyanatlar səsləndirsə də belə riskə getməz”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli

www.yenicag.az

1094
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv