Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bu ölkənin əhalisi sürətlə azalır

2018-ci ildə Latviyanın əhalisi 0,98 faiz, yəni 18 min 830 nəfər azalıb.

Yenicag.az xəbər verir ki, “Worldometers” beynəlxalq təşkilatının açıqladığı rəqəmlərə əsasən Latviya əhalisi sürətlə azalan birinci ölkədir. Latviya Statistika İdarəsi ölkə əhalisinin azalması faktını qəbul etsə də, bu rəqəmin daha az olduğunu qeyd edib.

Rəsmi məlumata görə, ötən il ölkə əhalisinin sayında 14 min nəfər azalma müşahidə edilib ki, bu da 0,74 faiz deməkdir. Lakin bu rəqəmlər də Latviyanın əhalisinin azalma sürətinə görə dünya ölkələri sırasında birinci olması faktını dəyişmir. Çünki ikinci yerdə olan Bolqarıstanda bu göstərici 0,68 faizə bərabərdir.

Qeyd edək ki, Latviya əhalisinin azalmasının əsas səbəbi başqa ölkələrə köçdür./Azərtac/

www.yenicag.az

8737
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM