Bu ölkənin prezidenti Bakıya gəlir

media-hightechnic-468x90

nikolas-maduro-roVenesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600