Bu oyunlar Bakıda keçiriləcək – Konfrans Liqası

media-hightechnic-468x90

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Dinamo Minsk” (Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu Bakıda keçiriləcək.

Yenicag.az xəbər verir ki, UEFA-nın məlum qadağasına görə, beynəlxalq oyunlarını neytral meydanda keçirən Belarus təmsilçisi “Azersun Arena”nın xidmətindən yararlanacaq.

Bunun üçün “Qarabağ”a müraciət edən belaruslular razılıq alıb. AFFA da öz növbəsində bu varianta etiraz etməyib.

Qeyd edək ki, “Dinamo Minsk” – “Jelezniçar” matçı iyulun 20-də keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Neftçi”yə rəqib olacaq./fanat.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600