!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qədər dollarlaşma nəyə lazım idi? – Fikrət Yusifov

!Reklam – Yazi

скачанные файлы (1)Manat və onun məzənnəsi ətrafında gedən proseslər bu məsələni gündəmin ən
aktual mövzusu kimi saxlamaqda davam edir. Mərkəzi Bankın banklara nəğd xarici
valyutanın alış və satış məzənnələrinin bundan sonra müstəqil müəyyən etmək səlahiyyətini
verməsi isə mövzunu daha da dərinləşdirdi. İndi hamını əsasən bu suallar maraqlandırır:
Əslində nə baş verir? Mərkəzi Bank nəyə nail olmaq istəyir?

Mərkəzi Bank üç gün əvvəl 500 ABŞ dollarından artıq məbləğdə aparılan əməliyyatların
şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi qaydasını tətbiq etdi. Bununla yanaşı isə banklara
xarici valyutaların alış və satış məzənnələrini sərbəst müəyyən etmək imkanı yaratdı. Hesab
edirik ki, burada Mərkəzi Bankın əsil məqsədi manatın məzənnəsinin real bazar tələbləri
çərçivəsində müəyyən olunmasına nail olmaqdan ibarətdir. Bu, yaxşı haldır. Çünki vəziyyəti
daim diqqət mərkəzində saxlamaqla və bazara aramsız müdaxilələr etməklə Mərkəzi Bank
manatın məzənnəsi ətrafında ciddi bir narahatlığın olduğunu təsdiq etmiş olur. Buna isə
ehtiyac yoxdur. Əgər Mərkəzi Bank son addımları ilə doğrudan da dediyimiz məqsədləri öz
qarşısına qoyubsa bu, müsbət hal kimi qiymətləndirilə bilər. Heç kəsə sirr deyil ki, keçən ilin fevral və dekabr aylarının 21-də – 10 aylıq fasilə ilə manatın kəskin devalvasiyası dünya
bazarlarında neftin qiymətlərinin aşağı düşməsi ilə nə qədər bağlı olsa da, bu prosesdə
yaranmış vəziyyətdən sui istifadə halları da kifayət qədər rol oynaya bildi. Bu baxımdan,
Mərkəzi Bankın atdığı addım çox önəmlidir. İndi valyutadəyişmə məntəqələri vasitəsilə
spekulyativ valyuta əməliyyatlarını həyata keçirmək bir o qədər də asan olmayacaq. Hesab
edirik ki, Mərkəzi Bank bu addımı keçən ilin fevral ayında baş vermiş devalvasiyadan sonra
atsaydı bu, daha yaxşı olardı.

Lakin məsələnin həlli bununla da bitmir. Hesab edirik ki, yeni qaydalarda vətəndaşın gün ərzində neçə dəfə 500 dollardan artıq valyuta dəyişə bilməsi mütləq müəyyən edilməlidir. Əks
halda qara bazardakı dəllallar aktiv fəaliyyətə keçərək müştəri üçün valyutadəyişmə
məntəqələrindən “valyuta almaqla” məşğul olacaqlar. Bu da qara bazarı bir qədər də
canlandıracaq. Ona görə də məhdudiyyət lazımı qaydada işləməlidir. Digər tərəfdən, hesab
edirik ki, yeni qaydalarla valyutadəyişmə məntəqələrinin sayı minimuma endirilməli və
ümumiyyətlə bu işin daha çox bankların özləri tərəfindən həyata keçirilməsinə üstünlük
verilməlidir. Burada digər vacib sayıla biləcək məsələ isə 500 dollardan artıq valyuta
dəyişənlərin üzərində mərkəzləşdirilmiş (bəlkə də avtomatlaşdırılmış qaydada belə
informasiyaların bir mərkəzə ötürülməsi yolu ilə) nəzarət mexanizminin qurulmasıdır. Eyni
zamanda, qanunsuz valyuta alqı-satqısı ilə məşğul olanlar barəsində isə ən sərt tədbirlərin
görülməsi nəzərdə tutulmalıdır.Bu tədbirlərin sərtliyi o səviyyədə olmalıdır ki, belə qanunsuz fəaliyyət heç kim üçün maraqlıolmasın.

Gəlin məsələyə başqa bir rakursdan da baxaq. Belədə ortaya başqa suallar da çıxır: Ölkə daxilində bu qədər valyuta alışı kimə lazımdır? Yəni doğrudanmı bütün valyuta alanlar mütamadi olaraq xaricə gedib alış- veriş edənlərdi? Yaxud sadə vətəndaş nə üçün özünün son manatını da aparıb xarici valyutaya dəyişməlidir? Bax, Mərkəzi Bankın bu məsələdə əzəldən
qeyri-dəqiq yol tutduğunu xüsusi qeyd etmək lazımdır. Mərkəzi Bank müvəkkil
bankların xarici valyuta ilə kredit ayırmağa daha çox meyillənməsinə qarşı ciddi tədbirlər
görməyib və ya bu, simvolik xarakter daşıyıb. Sual olunur: Ölkə vətəndaşı adi bir məişət
problemini həll etmək üçün banka nə üçün yalvarmalıdır ki, mənə manatla kredit verin? Nə
üçün biz öz milli valyutamızı bu qədər hörmətsiz bir vəziyyətə salmışıq? Rəsmi məlumatlara görə, hazırda ölkə üzrə dollarla götürülmüş kreditlərin həcmi 7 milyardan artıqdır. Manatla
götürülmüş kreditlər isə 4 milyard. Bu mənzərənin yaranmasına əvvəlcədən imkan
verilməməli idi. Manatın ətrafında yaranmış bugünkü durumun, onun bu qədər “hörmətsiz”
bir vəziyyətə düşməsinin səbəbi ölkənin bank sisteminin qeyri-dəqiq mexanizmlərə
söykənməsidir. Manatı zamanı ilə yersiz möhkəmlətmək, sonradan onu ciddi əsaslar
olmadan 10 ay ərzində 2 dəfəyə qədər ucuzlaşdırmaq da bu yalnış fəaliyyət mexanizminin
məhsuludur. Sözsüz, manatın dəyərdən düşməsini başlıca səbəbi neftin dünya bazarlarında
qiymətinin kəskin ucuzlaşmasından dolayı gəlirlərimizin azalmasıdır. Bizim narahatlığımız
ölkənin bank sisteminin belə fors-major situasiyalara hazır olmamasından irəli gəlir.
Hesab edirik ki, bundan sonra ölkə daxilində xarici valyuta ilə ticarətin bütün formalarına
qadağa qoyulmalı, belə ticarətin həyata keçirilməsi halı aşkar olunduqda, satılan mal tam
şəkildə dövlətin xeyrinə müsadirə olunmalıdır. Banklara ölkə daxilində istifadə üçün xarici
valyutada kreditlər vermək bir qayda olaraq qadağan edilməli, xarici valyuta gəliri
olmayanlara xarici valyutada kredit verən banklar dərhal bağlanmalıdır. Xarici ticarət əlaqələri həyata keçirən hüquqi və fiziki şəxslər üçün isə valyuta alışının xüsusi qaydaları müəyyən edilməlidir.

Onu da unutmamalıyıq ki, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalşan qüvvələr var və
indi onlar manat ətrafında baş verənləri xüsusi bir həvəslə dövlətə qarşı yönəltməyə cəhd
edirlər. Ölkə vətəndaşları belə təxribat xarakterli çağırışılara, əsası olmayan qərəzli çıxışlara
uymamalıdırlar.

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv