Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Quba, saat 16:00-dan 18:00-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, qaz nəqli sistemində görülən işlər və 720 mm-lik “Yevlax Naxçıvan” magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18:00-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə, həmçinin 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar 11.06.2014-cü il tarixdən 13.06.2014-cü il tarixədək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Eyni zamanda, iyunun 10-da Gəncə şəhərində baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsilik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 24:00-dan işlər başa çatanadək Gəncə şəhərinin əhali abonentlərini təbii qazla təmin edən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılıb.
www.yenicag.az