Bu rayonlarda qaz olmayacaq

media-hightechnic-468x90

İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən Yenicag.az-a bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq planlı təmir işləridir.

Bununla əlaqədar “Saatlı Əlillər evi”, “Otuzikilər”, “Qaracalar”, “İmişli 1 və 2”(Əhali)”, həmçinin “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Məhdudiyyət saat 09:30-dan etibarən təmir işləri başa çatanadək davam edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa