!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu regionda temperatur normadan yüksəkdir - Həyəcan təbili

!Reklam – Yazi

Rusiya Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri Uzaq Şərqdə havanın temperaturunun normadan 13 faiz yüksək olduğunu bildiriblər.

Yenicag.az xəbər verir ki, Hidrometeorologiya Mərkəzinin məlumatında deyilir:

“Yüksək siklonik fəallıq Uzaq Şərqin kontinental regionlarında böyük müsbət temperatur anomaliyalarının formalaşmasına gətirib çıxarıb. Havanın temperaturunun ən böyük anomaliyaları Maqadan vilayətinin kontinental hissəsində, habelə Yakutiyada müşahidə olunur”.

Məsələn, son üç gündə Maqadanda havanın temperaturu 0 – müsbət 5 dərəcə səviyyəsindədir ki, bu da normadan səkkiz dərəcə yüksəkdir.

Burada Oxot dənizinin akvatoriyasına daxil olmuş cənub siklonunun təsiri hiss olunur.

Məlumatda daha sonra deyilir:

“Oktyabrın ortalarından etibarən Yakutiyanın qərbində də havanın temperaturu normadan yüksək olaraq qalmaqdadır. Temperatur fonu Selsi ilə mənfi 16 – mənfi 11 dərəcə təşkil edir, halbuki oktyabrın sonu üçün norma mənfi 24 dərəcədir. Beləliklə, bəzi regionlarda temperatur anomaliyaları 13 dərəcəyə çatır. Hətta Şimal yarımdairəsinin soyuq qütbündə – Oymyakon qəsəbəsində oktyabrın 28-də orta gündəlik temperatur mənfi 14,5 dərəcə təşkil edib, halbuki norma mənfi 23,2 dərəcədir. Yakutiyanın cənubunda da eyni vəziyyət müşahidə olunur. Proqnozlara görə, həftəsonuna qədər bu regionlarda temperatur fonu əvvəlki kimi normadan xeyli yüksək olacaq”./Azərtac/

www.yenicag.az

4108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv