!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Rusiya ilə Ukraynanın ağılsız siyasətinin nəticəsidir" - ŞƏRH

!Reklam – Yazi

“Siyasət əxlaqsız bir şeydir. Siyasətdə əsas mənafedir. Qərb dövlətləri çox soyuqqanlılıqla Rusiyanın Ukraynanı darmadağın etməsinə baxırlar”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsinin geridə qalan bir ayındakı siyasi prosesləri və gözlənilən nəticələri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, tərəflər artıq bəzi şərtlərdə razılığa gəliblər:

“Tərəflər arasında müəyyən anlaşma əldə olunub. Tərəflər mövqelərini anlayıb, imkanlarını qiymətləndiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanən dediyi kimi, tərəflər Türkiyədə görüşəcəklər. Altı şərtin dördünə razılıq alındığı deyilir. Hər halda, tərəflər döyüş meydanındakı qüvvələr nisbətinə ümid edir. Rusiya bütün imkanlarını səfərbər edib, Ukrayna sərhədinə yığıb. Ehtiyat qüvvələrini artıq Ukrayna cəbhəsinə keçirməyə hazırlaşır. Bununla da növbəti hücuma başlayacaq. Ukraynanın imkanları çox məhduddur. Qərb açıq şəkildə ağır silah verməkdən imtina edir. 1936-37-ci illərdə respublikaçı hökumətinə qarşı nasist Franko qiyam edəndə Qərb eynilə neytral mövqe tutmuşdu. Respublikaçı hökumətə kömək etmədilər, nəticədə faşist Franko hakimiyyətə gəldi.

Rusiya hörmətdən düşür, ordusunu məhv edir, təcrid olunur. Bu da Qərbə xeyirdir. Biri var, Qərb özü Rusiya ilə müharibə aparardı, əsgərləri, zabitləri ölərdi. Biri də var, oturub Rusiyanın özü-özünü məhv etməsinə baxır, Ukraynanı da dağıdır. Ukrayna nəzəriyyə baxımından Avropanın ən qabaqcıl, elm, sənaye mərkəzlərindən birinə çevrilə bilərdi. 1991-ci ildə SSRİ dağılanda Ukraynanın ümummilli daxili məhsulu Federativ Almaniyanın ümummilli daxili məhsuluna bərabər, Çinin daxili məhsulundan çox idi. Ukrayna çox qüdrətli ölkə idi. Aviasiya və raket sənayesi var idi. Təyyarə, helikopter, gəmi mühərrikləri istehsal edirdi. Kimya, atom sənayesi var idi. Ancaq hakim siyasi sinfin bivecliyi ucbatından Ukraynanı gətirib ağır vəziyyətə saldılar. Ukrayna xalqı indi müstəqilliyini, suverenliyini qorumaq uğrunda ağır döyüşlər aparır. 10 milyona yaxın köçkün var, 3 milyondan çox qaçqın, didərgin var. Orta hesabla, müharibə nəticəsində 200-300 milyard dəyərində binalar dağılıb. Bu həm Rusiyanın, həm də Ukraynanın ağılsız siyasətinin nəticəsidir. Qərb də buna baxıb ləzzət alır ki, onlara rəqib olacaq dövlətlər özləri-özlərini məhv edir.

Putinə gəldikdə, o, faşistdir. Putin adi, sıravi faşistdir. Rus xalqını zombiləşdiriblər. Rus xalqı tamamilə şüurunu itirib, dönüb olub sürü. Sürünü də idarə etmək asandır.

Baş verənlər dünya miqyasında böyük bir faciədir”.

Səxavət Məmməd

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv