Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu sahə üzrə 3 milyon mütəxəssis çatışmır

İqtisadiyyatın qlobal miqyasında kibertəhlükəsizlik sahəsi üzrə 2.93 milyon mütəxəssis çatışmır.

Yenicag.az-ın məlumayına görə, bu sahəyə bir çox gənc tərtibatçılar maraq göstərirlər.

Bu sahədə onları ən çox cəlb edən isə maaşdır. Belə ki, kibertəhlükəsizlik üzrə mütəxəssis ortalama ildə 85.000$ dəyərində gəlir əldə edə bilər. Son tədqiqatlara əsasən biznesdə kibertəhlükəsizlik məsələlərində narahatlıq getdikcə artır.

Mütəxəssislərin müxtəlif ölkələrdən və müxtəlif sahələrdən olan 1500 təmsilçisi arasında apardıqları sorğudan belə nəticə çıxıb ki, yaxın 1 il ərzində həmin təmsilçilərdən yarısı öz məlumatlarını və şəbəkələrini qorumaq üçün daha çox kibertəhlükəsizlik mütəxəssislərini işə cəlb etməyi planlaşdırır.

Sorğuda iştirak etmiş şəxslərin 59%-nin fikrincə kibertəhlükəsizlik məsələsi onların şirkətlərinə ciddi risklər yaradır. Beləliklə İT sahəsinə milyonlarla kibertəhlükəsizlik mütəxəssisi lazımdır. Bu sahədəki mütəxəssislərə ən çox ehtiyac duyan zona isə Sakit Okean regionudur. Bu zonaya ABŞ və Çin daxildir. Bu ölkələr ümumilikdə 2.15 milyon kibertəhlükəsizklik mütəxəssisinə ehtiyac duyurlar.

Avropada bu sahə üzrə 498.000 vakansiya, Afrika və Yaxın Şərqdə 142.000 vakansiya, Latın Amerikasında isə 136.000 vakansiya var. Digər İT sahələrdən fərqli olaraq kibertəhlükəsizlik sahəsində aktiv olaraq cavan şəxslər və qadınlar çalışırlar.

Bundan əlavə olaraq bu sahədə çoxdan çalışan mütəxəssislər də var. Onlar ortalama 13 il İT sahədə iş təcrübəsinə sahibdirlər. Onlardan 7 ili isə kibertəhlükəsizlik sahəsindəki təcrübənin üzərinə düşür.

Loading...

www.yenicag.az

12800
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100