“Bu səfərdə Azərbaycanın yeni zəfərini gördüm” – Xalq şairi

media-hightechnic-468x90

 

“Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı onun timsalında, davranışında, danışığında əsl azərbaycanlı səmimiyyəti, böyük türk səmimiyyəti gördüm. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük ürəyini, böyük səmimiyyətini gördüm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini şərh edən Xalq şairi Vahid Əziz deyib.

Tanınmış şair bu səfəri yüksək qiymətləndirib:

“Cənab Pezeşkianın Azərbaycana səfəri zamanı onun timsalında, davranışında, danışığında əsl azərbaycanlı səmimiyyəti, böyük türk səmimiyyəti, gördüm. Azərbaycana bariz sevgisini, pərdələnməmiş məhəbbətini, ürəkaçıqlığını gördüm. Böyük Şəhriyarın şeirlərini söyləyəndə gözündə bir parıltı, Azərbaycan sevgisini gördüm. O şeiri oxuyandan sonra çox şeyi duydum. Qədim Azərbaycan bayrağını, qədim Azərbaycan türk dövlətinin bayrağını, üstündəki şiri yadına saldı. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük ürəyini, böyük səmimiyyətini gördüm. Adətən böyük planetlər balaca planetləri yanına çəkir. İran da, Azərbaycan da böyük planetlərdir. İki böyük planetlər bir-birinə yaxınlaşdılar, bir-birinə əl uzadıb yaxınlaşdılar, qucaqlaşdılar. Bu məni çox sevindirdi. Bu səfərdə yeni uğurlar, Azərbaycanın yeni zəfərini gördüm.

Mötəbər Prezidentimizin qarşıya qoyduğu Qərbi Zəngəzur məsələsinin həyata keçiriləcəyini, yolların açılacağını gördüm. Hər iki – Şimali və Cənubi Azərbaycanın böyük parlaq gələcəyini, təntənəsini, xalqımızın işıqlı gələcəyini gördüm. Özümün, nəvələrimin, doğmalarımın və bütün xalqımın xoşbəxt gələcəyini gördüm. Var olsun, İlham Əliyev, var olsun, cənab Məsud Pezeşkian.

Mən, eyni zamanda, qürur hisi ilə duydum ki, 10 milyonluq yox, 50 milyonluq, 60 milyonluq Azərbaycan xalqının şairiyəm. Bundan sonsuz bir fəxarət hissi keçirdim!”

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600