"Bu, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq" - XİN

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb.

media-banner_tuq

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva bildirib ki, məsələ Azərbaycannın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Trend-ə bildirilib ki, təşkilat sözügedən məsələni araşdırmaqla məşğuldur.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05