Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu şəxslərə bağçalarda işləməyə icazə verilməyəcək

Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, Baş nazir Artur Rasi-Zadəninin təsdiqlədiyi qərara əsasən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Eyni zamanda təhsilverənlər “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.10-cu maddəsinə uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər və bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Təhsilverənlər dövri müayinələrdən işəgötürənin göndərişi əsasında keçirlər. Dövri müayinələr bu Qaydaya əsasən həkim komissiyası tərəfindən həyata keçirilir.

Dövri tibbi müayinələr aşağıdakı məqsədlər üçün həyata keçirilir:

– təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi;
– xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması;
– işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsinin müəyyən edilməsi;
– işçilərin sağlamlığının qorunması və bərpası məqsədi ilə vaxtında profilaktik və reabilitasiya tədbirlərinin həyata keçirilməsi;
– infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması;
– təhsilalanların sağlamlığının qorunması.

Dövri tibbi müayinənin sonunda həkim komissiyası tərəfindən şəxsin sağlamlığı barədə müvafiq tibbi rəy tərtib edilir. Tibbi rəy iki nüsxədə tərtib olunur. Bir nüsxəsi dövri tibbi müayinəni keçən şəxsin iş yerinə rəsmi qaydada göndərilir, ikinci nüsxəsi isə ambulator xəstənin tibbi kartına əlavə olunur, həmçinin “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir. Dövri tibbi müayinələr şəxsin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsində aparılır. Dövri tibbi müayinələr tibb müəssisəsində yaradılmış həkim komissiyası tərəfindən həyata keçirilir.

Təhsilverənlər üçün tibbi müayinələr aparan komissiyanın tərkibinə aşağıdakı həkimlər daxil edilir:

– terapevt;
– otorinolarinqoloq;
– narkoloq;
– infeksionist;
– psixiatr;
– dermatoveneroloq.

Təhsilverənlər aşağıdakı dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər:

– ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası;
– qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə);
– nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı);
– süzənək testi;
– bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinə.

Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

– tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;
– tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;
– tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;
– helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;
– kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;
– kəskin virus infeksiyaları;
– kəskin bakterial infeksiyalar;
– bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;
– ruhi xəstəliklər;
– narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);
– ağıreşitmə.

İşəgötürənlər isə aşağıdakı vəzifələri həyata keçirirlər:

Hər il dekabr ayının 1-dən gec olmayaraq, dövri tibbi müayinələrdən keçməli olan təhsilverənlərin siyahısını təsdiq edirlər, siyahıda dövri tibbi müayinə keçməli olan təhsilverənlərin adının, soyadının, atasının adının, vəzifəsinin, təvəllüdünün, həmçinin tibbi müayinələr keçiriləcək müalicə-profilaktika müəssisəsinin adının qeyd olunmasını təmin edirlər, siyahı tərtib edilən gündən 3 gün ərzində siyahıda qeyd olunmuş təhsilverənləri dövri tibbi müayinə keçməsi üçün göndərişlə təmin etmək və onların dövri tibbi müayinədən keçmələrinə nəzarət edirlər. Eyni zamanda təhsilverənlər aşağıdakı vəzifələri həyata keçirirlər, işəgötürənin göndərişi əsasında 15 gün müddətində dövri tibbi müayinədən keçirlər, müayinənin nəticəsi barədə işəgötürəni məlumatlandırırlar.

www.yenicag.az

3056
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM