Aprel ayında 190 manat vəsaiti alanların may ayında məşğulluq imkanı yaranarsa, onların işsiz şəxsi kimi qeydiyyatı dayandırılacaq.
Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, qeydiyyatdan keçən şəxslərin məşğulluq imkanlarının araşdırılması və əmək bazarına qaytarılması üçün proqramlar hazırlanır:
“50 minə yaxın ictimai ödənişli vakant iş yerləri var. Bu yerləri işə ehtiyacı olanlara təklif edəcəyik. Bu işlərdə maaşın məbləği 250 manatdır. Təəssüflə qeyd edirəm ki, 190 manata müraciət edən bir çox vətəndaşlara ictimai işlər təqdim olunur, amma onlar imtina edirlər. Demək, onların hər hansı əlavə qazancı var və 190 manata əlavə gəlir kimi baxırlar”.
www.yenicag.az