Bu şirkət 1,8 milyon manata tədqiqat aparacaq

media-hightechnic-468x90

“Azergold” QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Datum” MMC olub.

Yenicag.az xəbər verir ki, “Azergold” QSC Naxçıvan Muxtar Respublikasının şimal-şərq hissəsində və Kəpəz-Buzluq-Kürəkçay sahəsində satellit/peyk üsulu ilə məsafədən hiperspektral tədqiqatlarının aparılmasına dair xidmətlərin satın alınmasına görə “Datum” MMC-yə 1 milyon 867 min 947 manat 8 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 110 manat olan “Datum” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov, ev 6, mənzil 4-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Camal İsmayıl oğludur./Yeniavaz.com

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600