!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şirkət Bakıda magistral yolu çökdürdü - FOTOLAR

!Reklam – Yazi

Bakının Səməd Vurğun küçəsində baş verən sürüşmənin ilkin səbəbləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisənin tikinti aparan şirkətin təhlükəsizlik tədbirlərini düzgün həyata keçirməməsi nəticəsində yaşandığını bildirib.

“Müəyyən olunub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlılığı yoxlanılmadan və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı, amma qurulmayıb. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb” – deyə Anar Nəcəfli bildirib.

Qeyd edək ki, hündürlüyü 60.80-61.40 metr olmaqla 13-15 mərtəbə nəzərdə tutulan binanın tikinti işlərinə 05.04.2017-ci il tarixində başlanıb və binanın tikintisinin 05.04.2019-cu il tarixinə başa çatdırılması nəzərdə tutulub. Sifarişçi şirkət “PİLOT İNŞAAT-A” MMC-dir.

Xatırladaq ki, 2017-ci ildə də eyni şirkətin Səməd Vurğun küçəsində yaşayan sakinlərlə münaqişəsi yaşanıb. Şirkət qanuni yollarla evləri müsadirə etdiyini iddia edərkən, sakinlər onların məcburi surətdə evlərindən çıxarıldığını iddia edib.

Sakinlər öz növbəsində MTK-nın bildirişi əsasında Nazirlər Kabinetinə müraciət edib. Qurumdan isə onlara “müvafiq qərar sizin binaya aid deyil, mənzillərinizdən çıxmayın, sizi aldadırlar, sonradan ortada mənzilsiz qala bilərsiniz” deyə məlumat verilib.

Üstəlik sakinlərə verilən məlumatda “sözügedən tikinti şirkəti haqqında Nazirlər Kabinetinin məlumatı yoxdur” deyə qeyd olunub.

www.yenicag.az

5470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv