Bu tarixlərdə Bakıya QAR YAĞACAQ

Yaxın 10 gündə paytaxt Bakıya qar yağacağı ehtimal olunur. 

Yenicag.az xəbər verir ki, məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.

Tətbiqdə, yanvar ayının 9-u və 10-u Bakıya qar yağacağı bildirilir.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək. Ayın 10-u Bakıda gecə havanın temperaturu -2 dərəcəyə enəcək.