Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu toyda 15 kilo qızıl, 1 milyon pul yığıldı - FOTOLAR

Türkiyənin Van şəhərində baş tutan toyların birində gəlin və bəy üçün gətirilən qızıl və pulun miqdarı eşidənləri təəccübləndirib.

Yenicag.az xəbər verir ki, toya dəvət olunanlar səbəbkarlara bütövlükdə 15 kq qızıl, 1 milyon TL (təxminən 499 min AZN) hədiyyə ediblər.

Başkale rayonunda böyük bir qəbilənin lideri İsgəndər Ertuşun inşaat mühəndisi olan oğlu Şərəf Ertuşla iş adamı Muhsin Aydının qızı üçün görkəmli toy mərasimi təşkil olunub. Toya nəinki bu rayondan, ölkə ərazisindən, eləcə də xaricdən bütövlükdə 4 mindən çox dəvətli gəlib. Onlar toyun gedişində xoşbəxt cütlüyə qızıl və pul hədiyyə etmək üstündə sanki yarışa giriblər. Taxılan qızılların çoxluğu səbəbindən gəlinin qol və boynunda yer qalmaması azmış kimi, bəyin yanına qoyulan qutuya pul zərfi salmaq üçün də qonaqlar uzun bir növbəyə düzülüblər.

www.yenicag.az

9182