Bu universitetdə tələbələrə əlavə qayıb yazılır? – AÇIQLAMA

Sosial şəbəkələrdə ADNSU tələbələri bildirirdilər ki, unibook sistemində baş vermiş texniki xətaya görə qayıbların hesablanmasında səhvə yol verilib.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov bu gün problem tamamilə aradan qaldırılacaq.

O bildirib ki, dərslər pandemiyaya görə sentyabrın 15-i deyil, sentyabrın 29-da başlaması universitetin unibook sistemində müəyyən texniki problemlər yaradıb:

“Belə ki, proqram dərs saatlarını 15-sentyabrdan hesablayıb. Buna görə də bəzi sistem tələbələr qayıb limitini keçmiş kimi göstərib. Bu gün problem tamamilə aradan qaldırılacaq. Tələbələrin narahatçılığına heç bir əsas yoxdur”, – deyə B.Nəzərov bildirib.