Bu universitetə yeni prorektor təyin olundu

media-hightechnic-468x90

Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.

Ali təhsil müəssisəsindən Yenicag.az-a verilən məlumata görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu Universitetin əməkdaşlarına təqdim edib.

Qeyd edək ki, A.Xəlilov uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitunda on ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa