!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu uşaqlar Ağdamda təhsil almalı idilər, təəssüf ki..." - səfir Erkan Özoral

!Reklam – Yazi

Bu gün Bakının Xırdalan qəsəbəsində TİKA-nın təmir etdiyi 149 saylı orta məktəbin açılış tədbiri keçirilib.

Yeniçağ.Az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TİKA rəhbəri Adem Urfa, Yunus Emre İnstitutu və Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açıq elan olunub. Məktəbin müdiri Arzu Qədirova iştirakçıları salamlayaraq, məktəbin təmirində əməyi keçənlərə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Adem Urfa bunları deyib:

“Hamınızı salamlayıram. Bu gün TİKA-nın Azərbaycanda həyata keçirtdiyi layihələrdən biri üçün buraya toplaşmışıq. Dünən bütün dünya uşaqlarına ərmağan edilmiş “23 aprel Uşaq bayramı”nı qeyd etdik. Bu gün də məktəbi istifadəyə veririk. Bir milyondan artıq insan ermənilərin işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından didərgin düşüblər. Əgər bunlar olmasaydı, bu uşaqlar öz torpaqlarında – Ağdamda təhsil alacaqdılar. Türkiyə olaraq hər zaman Azərbaycanın haqlı davasında onun yanındayıq və hər zaman dəstəyimizi davam etdirəcəyik.”

Həmçinin Adem Urfa, TİKA-nın layihələri barədə Yeniçağ-a danışıb:

“Biz TİKA olaraq təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində layihələr həyata keçiririk. Xüsusilə də təhsil sahəsində məktəblərin inşa etdirilməsinə və təmirinə diqqət edirik. Bu gün burdakı uşaqların rahat şəkildə təhsillərini davam etdirməsi üçün əlimizdən gələni edirik. Biz qardaş ölkə Azərbaycana hər sahədə dəstəyimizi ifadə edirik.”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, çıxış zamanı Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını qeyd edib:

“Bu gün məktəbin açılışı münasibətiylə sizinlə görüşdüyüm üçün çox məmnunam. Əlbəttə, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Bu, boşuna deyilmiş bir söz deyil. Türkiyə və Azərbaycan nə qədər bir-birindən ayrı qalsa da, aralarına nə qədər dəmir pərdə çəkilsə də, heç bir zaman ayrılmadılar. Hamımız Türkiyədə Azərbaycanı, burada isə Türkiyəni ürəyimizdə daşıdıq. Bizlər həmişə ürəyimizdə Azərbaycan sevgisi daşıdıq və bilirdik ki, sizlər də burada Türkiyə sevdası ilə yaşayırsınız. Adəm bəyin də qeyd etdiyi kimi bu uşaqlar öz torpaqlarında – Ağdamda böyüməli, təhsil almalı idilər. Təəssüf ki, hadisələr bizi bugünkü vəziyyətə gətirib çıxartdı.

Bizlər bu gün Türkiyə olaraq əziz qardaşlarımızın yanındayıq və heç bir zaman onları tək qoymayacağıq. Bəziləri utanmadan Türkiyəni soyqırım etməkdə günahlandırır, ancaq onlar unutmamalıdır ki, 20-25 il əvvəl bütün dünyanın gözü qarşısında etdikləri qətliamlar hər kəsin hafizəsindədir. İnkar edənlərin də hafizəsindədir. Onlar günahkar psixologiyası ilə öz təqsirlərini ört-basdır etmək üçün Türkiyəni heç vaxt etmədiyi bir soyqırımla günahlandırırlar. Bu mənzərə göstərir ki, Türkiyəni qaralamağa çalışanların özləri cinayətkardır. Ağdamda, Qarabağda şəhid etdikləri azərbaycanlıların yaxınları, yaraladıqları, köçkün vəziyyətinə saldıqları insanlar hələ də sağdır. Onların yaşadıqlarını unutmaq mümkün deyil. Türkiyə Azərbaycanın haqlı davasında həmişə onun yanındadır və bu yaralar sağalana qədər də əlindən gələni edəcəkdir”.

Səfir həmçinin tədbirə qatılan jurnalistlərin də suallarını cavablandırıb.

Tədbirdən sonra Erkan Özoral, Adem Urfa və digər nümayəndələr sinif otaqlarını gəzərək, şagirdlərlə söhbət ediblər. Məktəbin müdiri Arzu Qədirova məktəbdə həmçinin seçilmiş dərs kimi türkcənin də tədris ediləcəyini bildirib. Onun sözlərinə görə, türkcə dərslərin tədrisi ilə bağlı Yunus Emre İnstitutu məsuliyyəti öz boynuna götürüb.

Bakı Yunus Emre İnstitutunun Təhsil Şöbəsinin müdiri Ali İhsan Çevik də məsələ ilə bağlı Yeniçağ.Az-a məlumat verib:

“Türkcə dərslər Bakıdakı türk məktəbləri ilə yanaşı bir neçə məktəbdə də tədris olunur. Bundan başqa Bakı Dövlət Universiteti və Avrasiya Universitetində də türkcə təhsil kursları təşkil edirik. Bu kurslarda iştirak edənlər TYS imtahanından keçərək təhsillərini Türkiyədə davam etdirmə imkanı əldə edirlər.”

Məktəbin direktoru Arzu Qədirova da Yeniçağ. az-a ürək sözlərini bildirib:

” Bu günün əhəmiyyəti və dəyəri bizim üçün çox böyükdür. Artıq şagirdlərimizin daha yaxşı şəkildə təhsil ala bilməsi üçün bütün imkanlar mövcuddur. Bu uşaqlar burada vətən üçün faydalı vətəndaşlar olaraq yetişəcəkdir.”

 

Yeniçağ.Az

Aytək Yusifsoy

Fotolar: Cəmalə Əlizadə

COP29

www.yenicag.az

1527
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv