Bu video Azərbaycanı dünyada tanıtdı-Video
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin bu gün anım günüdür. Onun vəfatından 6 il keçir.
Müslüm Maqomayevdə səhnə üçün lazım olan hər şey vardı. Əvvəla xarizmatikdi, səsi isə zahiri görünüşünü belə kölgədə qoyurdu. Onun ifasında Nizaminin “Sənsiz” romansını səbirsizliklə gözləyənlərdən biri də mən idim. Maqomayevin Nizami obrazını canlandırdığı eyni adlı filmə də bizim kiçik kənd klubunda baxmışdım. Müslüm isə hələ o zaman belə dar məkanlara sığmayacaq qədər böyük şəxsiyyət idi. Kim idi Müslüm Maqomayev? Zamanınıda onu babasına-görkəmli müsiqiçi və dirijor Müslüm Maqomayevə görə tanıyırdılar. Amma nəvə Maqomayev o qədər şöhrət qazandı ki, onu qısa zamanda özünə görə tanıdılar. O isə Azərbaycanı dünyada tanıtmaq üçün doğulmuşdu .
Onun oxuduğu səhnələr də dünyanın ən böyük səhnələriydi. İtaliyanın La Skala teatrında təcrübə toplayandan sonra Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır. O Azərbaycan tamaşaçısına elə bir zövq aşılayırdı ki, bu gün o tamaşaçı sözün həqiqi mənasında buna acdır.
Yelena Vladimirovna 70-ci illərdən bu yana Müslümün pərəstişkarıdır. Onu Müslümün məzarı başında Maqomayevin xit- mahnılarını zümzümə edən görüncə ürəyimdəki sualı da verməyə tələsdim.
Amma o Rusiyanın taninmiş simalarindan olan Tamara Sinyavskayani seçdi. Ailədə isə azərbaycanlilara xas ənənələri qoruyub saxlaya bildi. Cütlük təkcə biri-birinə möhkəm tellərlə bağlanmadi, “Azərbaycan” mahnisini Tamara xanima elə azərbaycanca oxutdurmaqla Müslüm zövcəsi ilə milləti arasinda da six bağlar qura bildi.
Müslüm maqomayev artiq çoxdan tək azərbaycanli deyil. Onu bütün dünyada sevirlər, pərəstişkarlari isə vaxtilə ayağidəyən torpağa bu gün də baş qoymağa hazirdir. O isə son nəfəsində baş qoymaq üçün doğma Azərbaycani seçdi. Seçimi də ifasi kimi alqişa layiq böyük sənətkara Allahdan rəhmət diləyirəm.