Bu yallıya ermənilər indi də Xankəndidə oynayır – VİDEO

media-hightechnic-468x90

2019-cu ilin mayında ermənilər o vaxt işğal altında olan Şuşada “bayram tədbiri” keçirirdilər və yallı gedirdilər.

media-banner_tkm

Həmin mərasimə Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılmışdı. Sərxoş halda yallı gedənlərə qoşulan Nikol Paşinyanın görüntüləri, sonradan baş verənlər hər kəsin yadındadır: Nikol Paşinyan Azərbaycan xalqının hissləri ilə “rəqs etdi” və bədəlini də ödədi.

Hələ 2019-cu ildə Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli bunun “Çimənkənd yallısı” olduğunu bildirmiş, onillər öncə qeydə alınan notu təqdim etmiş, səsləndirmişdi.

Aradan tam 4 il keçəndən sonra eyni gündə – 9 mayda yenə “Çimənkənd yallısı” – Azərbaycan havasına ermənilər rəqs ediblər, ancaq bu dəfə Xankəndidə.

Xankəndidə separatçılar uğursuz mitinqdən sonra məktəblilərin bu rəqsi ilə gündəmə gəlmək istəyiblər.

Tarix təkrarlanır: Şuşada “Çimənkənd yallısı” səsləndikdən il yarım sonra şəhərin yiyələri Qalaya qayıtdı.

İndi “Çimənkənd yallısı” bizi Xankəndiyə səsləyir… /Axar.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05