“Büdcə haqqında qanun” təsdiqlənib

media-hightechnic-468x90

63789

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millətlər Məclisində geniş müzakirələrə səbəb olan “Büdcə haqqında” qanununu təsdiqləyib.

R.T.Ərdoğan təxminən 10 gündür müzakirələri aparılan qanununla bağlı son qərarını verib. Prezident Ərdoğan eyni zamanda 2013-cü il üçün “Mərkəzi İdarə Hesab” qanununu da təsdiqləyib.

“Büdcə haqqında” qanun alt komisyalarda təxminən 60 gündür müzakirə edilirdi. Görüşlər zamanı tez-tez mübahisələr yaranıb.

Bu qanun hətta baş naziri Əhməd Davudoğlu ilə Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da qarşı-qarşıya gətirib. Baş nazir büdcə müzakirələri zamanı çıxış edərkən müxalifəti tənqid etmişdi.

Davudoğlu Kılıçdaroğlunu Suriyanı tənqit etdiyinə görə “Siz zərbəçisiniz” deyə itiham etmiş və hadisə gündəmə bomba kimi düşmüşdü.

(anspress.com)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600