Bülentin mədəsindəki brilliantı çıxardılar
Artıq bir həftədir ki, xəstəxanada müalicə alan Bülent Ərsoydan xəbər var.
Müğənninin prodüseri Fevzi Siverek Bülentin sağlamlığı barəsində maraqlı açıqlama verib:
“Bir həftədir Bülent xanım xəstəxanadadır. Həm dincəlir, həm də müalicə alır. Ərsoyun mədəsində daş aşkarlanıb. Bülent xanımın udduğu daş brilliantdır. Vəziyyəti yaxşıdır, tezliklə xəstəxanadan çıxacaq”.
Qeyd edək ki, Bülent Ərsoyun böyrəyini əməliyyatla götürmüşdülər. Müğənni digər böyrəyində yerləşən daşdan isə yeni xilas olmuşdu. (qafqazinfo.az)