Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Onun intihar etdiyi bildirilir. Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Hazırda onun axtarışları davam etdirilir.
Araşdırma aparılır.
www.yenicag.az