Soyuducu qidaları mümkün olduğu qədər uzun müddət qoruyan vasitə ola bilər. Amma bəzi qidalar var ki, onların keyfiyyətini itirməməsi üçün soyuducuya qoymaq lazım deyil.
Yenicag.az onlardan bəzilərini təqdim edir:
Kartofu sərin və qaranlıq yerdə saxlamaq lazımdır. Soyuducunun soyuğu kartofun içindəki nişastanı parçalayır. Bundan başqa nişasta soyuducuda şəkərə dönüşür və bu da kartofun ləzzətinə təsir edir.
Soğan soyuducuda daha tez xarab olur. Bu tərəvəzi otaq tempraturunda saxlamaq ən yaxşı seçimdir. Günəş işığından gizlətmək şərtdir.
Sarımsaq da soyuducuda ləzzətini itirən tərəvəzlər arasındadır. Sarımsağın kəskin dadını qorumaq üçün onu sərin və quru qabda saxlamaq lazımdır.
Mütəxəssislərin fikrinə görə, yemişi də otaq şəraitində saxlamaq lazımdır. Bəzi araşdırmalar onu göstərir ki, soyuducu yemişin antioksidan tərkibini daha tez sıradan çıxarır. Yemişi kəsdikdən sonra isə 3-4 gün soyuducuda saxlamaq olar.
Soyuducuda saxlanılan bal kristallaşır. Belə olan halda bal dadını itirir və yeyilməyəcək hala gəlir.
Bəzi insanlar çörəyi kiflənməsin deyə soyuducuya qoyur. Bu kiflənmənin qarşısını alsa da, soyuducu çörəyi qurudur və belədə dadını itirir.
Alma da soyuducuda saxlanmaması gərəkən meyvələr sırasındadır. Almanı bir neçə həftə masa üzərində saxlamaq olar. Bu kateqoriyaya ərik, şaftalı kimi meyvələr də daxildir.
Pomidorun soyuducuya qoyulması onun əvvəlki dadından məhrum olmaq deməkdir.
Emin
www.yenicag.az