!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cabbar Musayevdən SƏRT İRAD: “Bəzi müğənnilər hegemonluq edir ki…”

!Reklam – Yazi

 

 

Bir çox müğənnilər var ki, hesab edir, pul verib, bəstəkardan aldısa, o mahnı ona məxusdur və özündən başqa heç kim onu oxuya bilməz. Bu isə bir çox bəstəkarlar tərəfindən müsbət qarşılanmır.

Yenicag.az xəbər verir ki, bir çox hitlərin müəllifi Cabbar Musayev də bu fikrə qarşı çıxıb.

O, “ZaurlaGünaydın” verilişində “bu mahnı mənimdir, heç kim oxuya bilməz” deyə, qadağa qoyan müğənnilərə səslənib:

“Bəstəkar mahnısını verir müğənniyə, cəmi bir dəfə də qonorarını alır. Biz də xaricdə yaşamırıq, Azərbaycanda olan qonorarın məbləğindən hamımız xəbərdarıq. Amma halal xoşu olsun, müğənni o mahnı ilə bəlkə də milyonlar qazanır. Yenə də elə müğənnilər var ki, “bu mahnı mənimdir, onu məndən başqa heç kim oxuya bilməz”, deyib hegemonuq edir. Bir şeyi anlamaq istəmirlər ki, mahnının quru adı bəstəkara məxsusdur, onu da ona çox görürlər”.

Nehru

COP29

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv