Cahangir Əsgərovun bankda 170 milyonu olduğu üzə çıxdı

media-hightechnic-468x90

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.

Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub.

Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.

Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti, “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa