Reklam

Reklam

 

1444024769_6467Xeyli müddətdir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri, “İnter” klubunun fəxri prezidenti Cahangir Hacıyevin həbs edilməsi məsələsi gündəmdədir. Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi ilə Beynəlxalq Bank mövzusu yenidən aktuallaşıb.

Məlumatlı mənbələr sürpriz nazir dəyişikliyinin bank işi ilə əlaqəsinin olmadığını bildirirlər. Lakin Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həbs edilməsi barədə də xəbərlər yayılıb. Redaksiyamıza daxil olan xəbərlərdə bank prezidentinin həbsinin təfərrüatları açıqlanmasa da israrla onun barəsində həbs-qətimkan tədbirinin seçildiyi deyilir.

Belə ki, Cahangir Hacıyev ötən həftə həbs edilib. Onun külli miqdarda pulu mənimsəməkdə ittiham olunduğu bildirilir. Habelə, həbslərin davam edəcəyi və bir neçə böyük bankirin də həbs olunacağı bildirilir. Həbs olunması ehtimal olunanlar arasında millət vəkili Çingiz Əsədullayevin də adı çəkilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 355
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."