Ermənistanda 2016-cı ildən bəri davam edən siyasi böhran müharibədəki məğlubiyyət şoku nəticəsində daha da dərinləşib.
Yenicag.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayılan yeni süjetində bildirilir.
Qeyd olunur ki, böhranın davamlı olması ucbatından Ermənistan dövlətçilik sisteminda artıq ciddi çatlar yaranıb.
“Sistem böhranı ölkənin siyasi və hərbi rəhbərliyi arasındakı qarşıdurmada özünü daha aydın şəkildə büruzə verir. Erməni dövlətçiliyi və cəmiyyəti arasındakı münasibətlər tarixi psixoloji zədələr və qorxu üzərində qurulub.
Bu gün ölkə əhalisi arasındakı Zəngəzur xofu da məhz sistem və cəmiyyətin ehtiyaclarından doğur. Erməniləri öz milli şüurlarında erməni edən məhz bu qorxu hissidir”, – deyə süjetdə bildirilir.
Daha ətraflı “Caliber”in növbəti video buraxılışında: