Çap mətbuatı yoxsa İnternet Media? – Videosorğu

media-hightechnic-468x90

press-media11Bu gün Azərbaycan mətbuatı 140 illiyini qeyd edir. Ölkəmizdə Mətbuat Günü münasibəti ilə müxtəlif tədbirlər keçirilir.

Qeyd edək ki, 1875-ci ildə Həsən Bəy Zərdabinin “Əkinçi “qəzetini yaratması ilə Azərbaycan mətbuatının əsası qoyuldu. Hazırda Azərbaycanda yüzlərlə qəzet, jurnal və internet saytı fəaliyyət göstərir.

İnternet medianın sürətlə inkişafı çap mətbuatının fəaliyyətini nisbətən zəiflətsə də, mətbuatın rolunu aradab qaldıra bilməyib.

Bəs görəsən, əhali hazırda fəaliyyət göstərən mətbu orqanlarının işindən razıdırmı? Qəzetlər, saytlar və jurnallar cəmiyyətə lazım olan informasiyanı çatdıra bilirlərmı? Sadə insanlar mətbuatı izləyirlərmi?

Bu suallar ətrafında əhali arasında sorğu keçirdik.

Sorğu iştirakçılarının dediklərindən bəlli oldu ki, yeni medianın inkişafı insanların çap mətbuatına olan marağını nisbətən azaldıb. Suallarımızı cavablandıran Bakı sakinlərinin bir çoxu gündəlik informasiyaları sosial şəbəkələrdən və xəbər saytlarından aldıqlarını, qəzetlərin onlayn versiyalarını oxuduqlarını bildirdilər.

Daha ətraflı aşağıda təqdim etdiyimiz videomaterialdan izləyə bilərsiniz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600