Cavid Hüseynov vəziyyəti dəyərləndirib

media-hightechnic-468x90

ef5691836e02be1fdbf6fd340cc70367Topaz Premyer Liqasının XIV turunda “Neftçi” ilə heç-heçə edən “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov oyundan sonra sualları cavablandırıb.

– Oyunla bağlı nə nə deyə bilərsiniz?

– Çətin oldu. İşimizin öhdəsindən 50 faiz gələ bildik. Biz də qələbə qazanmaq istəyirdik, amma alınmadı.

– Niyə alınmadı?

– Çünki qol vura bilmədik. Yaratdığımız epizodları qola çevirməli idik. 90 dəqiqə ərzində bunu bacarmadıq.

– Qol vurmağınıza nə mane oldu?

– Şanssızlıq oldu. Ən azı 2-3 real qol epizodu yaratdıq. Oyun başlayan kimi ilk epizodu mən qaçırdım. Vurduğum top dirəkdən döndü. Hərçənd, yaxşı vura bilmədim. Santosun epizodunda isə qapıçı yaxşı oynadı. Ekiqo isə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilmədi.

– İkinci hissədə sanki əsəbi görünürdünüz. Komanda yoldaşlarını topla təmin etməkdə çətinlik çəkirdiniz…

– Yeni qurulmuş komandayıq. Heyətimizdə gənclər də var. Anlaşma zəifdi. İstədiyin kimi oynaya bilmirsən. Bunun üçün də zamana ehtiyacımız var.

– Sonra gec olmayacaq?

– Gec olmaz. Hər oyunda nəticə qazanmaq vacibdi. Yaxşı və ya pis futbol nümayiş etdirməyindən asılı olmayaraq. Nəticə olsa, oyun da tədricən düzələcək.

– Artıq çempionat “ekvator xətti”nə yaxınlaşmaq üzrədi. Bəs bu uyğunlaşma nə vaxt başa çatacaq?

– Nə deyim…

– Bu, daha çox bəhanədi.

– Bəhanə deyil. Bu gün vəziyyətimiz yaxşı deyil. Bunu həm turnir cədvəlinə, həm də oyunumuza baxıb demək mümkündü. Müəyyən göstəricilər var ki, biz üstünük. Məsələn, fiziki hazırlıq baxımından. Ancaq bu üstünlüyümüz nəticədə özünü təsdiqləmir.

(lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600