Çavuş əsgər yoldaşlarını qətlə yetirdi

media-hightechnic-468x90

55832Tunisdə kiçik çavuş atəş açaraq 7 əsgər yoldaşını qətlə yetirib. Sonra isə intihar edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Tunisin Müdafiə Nazirliyi xəbər verib.

Nazirliyin nümayəndəsi Belhassen Oueslati mətbuat konfransında deyib ki, hadisə ötən gecə baş verib. Qətliam törədən əsgərin psixoloji problemi olub.

Onun sözlərinə görə, bundan əlavə,10 əsgər də yaralanıb və onlardan birinin vəziyyəti olduqca ağırdır. Hadisənin səbəbi hələlik dəqiqləşdirilir.

Xatırladaq ki, hadisənin baş verdiyi kazarma bu il martın 18-də terror aktı törədilmiş Bardo Milli Muzeyinin yaxınlığında yerləşir. Həmin terror aktında 22 nəfər həlak olmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600