Çavuşoğlu: “Avropa Ankara və Moskva arasında olan yaxınlaşmadan narahatdır”

media-hightechnic-468x90

Qərb ölkələri daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya əyalətinin rusdilli icması ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bəzi Qərb dövlətləri “Rusiya və Türkiyənin daxili işlərinə qarışmağı sevirlər və artıq illərdir davam edən bu azardan qurtula bilmirlər”.

“Bu kateqoriyaya daxil olan ölkələr özlərini digərləri üzərində “rəhbər” zənn edirlər”, – deyə Çavuşoğlu bildirib.

O əlavə edib ki, Avropa Ankara və Moskva arasında olan yaxınlaşmadan narahatdır.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600