Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çavuşoğlu: “İŞİD-dən azad ediləcək rayonlarda…”

img1811440Şimali Suriyanın İŞİD-dən azad ediləcək rayonlarında qaçqınların yerləşdirilməsi üçün bufer (təhlükəsizlik) zonası yaradılacaq. Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə XİN-in iyulun 24-də yaydığı bəyanata görə, Ankara ABŞ başda olmaqla koalisiya qüvvələrinə ölkə hərbi bazalarından İŞİD-ə hava zərbələri endirmək üçün istifadəyə icazə verib. Türkiyə hərbçiləri də koalisiyanın silahlılara qarşı əməliyyatlarında iştirak edəcək.

Az öncə ölkə KİV-ləri xəbər verib ki, Türkiyə ilə ABŞ arasında çoxaylıq danışıqlardan sonra Ankara İncirlik bazasından koalisiya qüvvələrinin istifadə eləməsi qarşlığında Suriya ilə 90 km-lik sərhəd boyu və 50 km enində uçuşsuz və bufer sonası yaradılmasına razılıq alıb.

www.yenicag.az

276