Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sabahkı proqramı müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Çavuşoğlunun səhər saatlarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı nəzərdə tutulub.
Daha sonra Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ev sahibliyi etdiyi, Pakistanın xarici işlər naziri Hoca Məhəmməd Asıfın da qatıldığı ikili və üçlü görüşlərə qatılacaq.
Daha sonra XİN rəhbərləri birgə mətbuata açıqlama verəcək.
Günün sonunda isə Türkiyənin xarici işlər naziri Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
www.yenicag.az