!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çayı isti içmək xərçəng riskini artıra bilər

!Reklam – Yazi

Çay düzgün içilməyəndə həyati təhlükə yarada bilər. Xüsusilə yanlış temperaturda istehlak edilən çayın qırtlaq və yemək borusu kimi həssas bölgələrdə xərçəngə səbəb ola biləcəyi ortaya çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-cı ildə dərc etdiyi hesabatda 70 dərəcədən yuxarı temperaturda istehlak edilən içkilərin kanserogen ola biləcəyini bildirib. Xüsusilə İran və Çin kimi isti çay istehlakının çox olduğu bölgələrdə aparılan araşdırmalar göstərir ki, bu vərdiş qida borusunda xərçəngə səbəb olan hüceyrə zədələnməsi riskini artırır

2019-cu ildə nəşr olunan bir araşdırmaya görə, gündə 700 ml-dən çox çay istehlak edən və 60 dərəcədən yuxarı temperaturda yemək borusu xərçəngi riski əhəmiyyətli dərəcədə artır.

Bunun səbəbi, yüksək temperaturun qida borusundakı hüceyrələrin təkrar zədələnməsinə səbəb olması, uzun müddətdə xərçəng hüceyrələrinin əmələ gəlməsi ehtimalını artırmasıdır.

Mütəxəssislər həddindən artıq isti çayın bir az soyudulsa belə, zamanla xərçəngə səbəb ola biləcəyini vurğulayaraq, bu risklərin qarşısını almaq üçün çayın 60 dərəcəyə qədər soyumasını gözləmək lazım olduğunu bildirirlər.

ÇAY NECƏ İÇİLMƏLİDİR?

Mütəxəssislər, çayı şəkərsiz və şirniyyatsız içilməyi məsləhət görür.

Risk faktoru yaratmamaq üçün 5-8 dəqiqə dəmlənmiş və şəffaf, az dəmli olan çay içilməlidir.

Bitki çaylarının dəmlənməsi fərqlidir. Bütün faydalarından yararlanmaq üçün bitki çayına qaynadılmış su əvəzinə qaynadılmış və 80 dərəcəyə qədər soyudulmuş su əlavə edib 3-4 dəqiqə gözləmə müddəti ilə dəmləmək lazımdır. Gün ərzində 5 stəkan qədər qara çay; 3 stəkan bitki çayı içmək olar.

COP29

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv