!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcı Nərgiz: "Əsl kişi yumruğunu masaya çırpıb, deməlidir ki... " - Video

!Reklam – Yazi

ATV-nin şirin-şəkər aparıcısı Nərgiz Məmmədovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Nərgiz, sosial şəbəkədə barəndə daha çox nə yazırlar?

– Deyə bilmərəm ki, haqqımda pis nələrsə yazmırlar, olur. Amma elə də ifrata varmırlar. Adətən, yerini bilməyən adamların təhqiramiz fikirlərindən əsəbiləşə bilərəm. Onda da həmin adamı dərhal bloka atıram. Amma bəzən yazırlar ki, bu, sizə yaraşmır, kaş ki, bunu belə etməyəydiz… Bu kimi fikirləri normal qəbul edirəm. Təhqirə qarşı isə reaksiyam sərt formada olur.

– Yəni?

– Təbii ki, o adamı söyüb, cavabını verib, fikir bildirə bilmərəm. Çünki özümü onun səviyyəsinə endirmərəm. Heç vaxt mən bu addımı atmamışam və atmaram da. Sadəcə olaraq, onu silib, bloka atıram, vəssalam.

– Səncə, düşmənlərin çoxdur, yoxsa dostların?

– Düşmənim yoxdur, amma dostlarım çoxdur. Nərgizlə düşmənçilik aparmaq kimin nəyinə lazımdır?

– Adətən, xanımlar xanımların paxıllığını daha çox çəkir, sən də bu halla qarşılaşırsan?

– Deməzdim ki, xanımlar mənim paxıllığımı çəkir. Maşallah, o qədər gözəl xanımlar var ki…

– Səncə, şarmın nədədir?

– Deyə bilmərəm, gözünüzə elə görünürəmsə, təşəkkür edirəm.

– Haqqında mənfi fikirlər yazılanda ürəyinə salıb, fikir eləmirsən ki?

– Qətiyyən, ona qalsa, gərək gecəni səhərə qədər yatmayım. Hətta olub ki, bu yazının müəllifinin oğlan olduğunu görəndə, utanmışam ki, ay da, oğlan da belə şeylər yazar? Bunu qadın yazsa, hardasa başa düşmək olar.

– Nə yazıblar ki?

– Tutalım, geyindiyim paltarımla bağlı nəsə tənqidi fikir yazırlar.

– İndiki qızlar müasir oğlanlardan gileylənir. Bəs sən?

– Narazı deyiləm, çox da razıyam. Nolub ki, bizim oğlanlara, maşallah.

– Bəziləri oğlanların sərtliyindən gileylənir, əcnəbilərin xanımlarla daha mehriban davrandıqlarını söyləyirlər…

– Bizim kimi qızlara elə sərt oğlanlar lazımdır.

– Yumruğunu masaya çırpıb desin ki, mən deyən olmalıdır?

– Əlbəttə. Masaya yumruğunu kişi vurar da, mən vurmayacam ki. Yanımda yumruğunu masaya möhkəm vuran kişi ola bilər.

– Rastına çıxmayıb hələ?

– Olsaydı, yəqin ki, yanımda görərdiz.

– Pullu olması şərtdir?

– Pul hər şey deyil, amma çox şeydir.

– Yəni kasıb oğlana ərə getməzsən?

– Mən elə söz demədim, qismət. Kasıb, varlı, əsas mənəviyyatı zəngin olsun, Allahını tanıyan və insanları sevən biri olsun, yetər.

– Bəs görünüşü?

– Estetəm, istəyərəm, yarlı-yaraşıqlı oğlan olsun, amma yenə də qismət.

– Adətən, qızlar dünya ulduzlarını özlərinə kumir seçir və ailə quracaqları oğlanın ona bənzəməsini arzulayırlar. Bəs sən?

– Hər adamda bir nüans xoşuma gəlir, deyim ki, kimdənsə ötrü ölürəm, yox. Məsələn, Hollivud ulduzu aktyor Ceyson Steytemi bəyənirəm, əsl kişi xarakteri və görkəmi var. Belə götürəndə mən hündürboylu oğlanları xoşlayıram, amma əslində, həmin aktyor heç hündurboylu da deyil. İndidən nə deyim, hələ qoy bəyənəcəyim insan qarşıma çıxsın.

– Evdə bezdirmirlər ki, Nərgiz, tərpən, ərə getmək vaxtıdır.

– Təəssüf ki, bu sözü eşidirəm, amma yenə də hər şeyi qismətə bağlayıram. Allah nə yazıbsa, o vaxt da ailə quracam.

Cəvahir
Yenicag.az

www.yenicag.az

5196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv