Cəbrayılda ərzaq mağazasında alkoqollu içkidən milçək çıxdı - FOTO

media-hightechnic-468x90

Cəbrayıl rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərən, Davud Məmməd oğlu Sultanlıya məxsus ərzaq mağazasında “Organic Light” və “Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, içkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində məhsulun tündlük göstəricisi etiket məlumatı ilə uyğunsuzluq təşkil edib.

Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa